image-ads_n1karobka_mobile
image-69bca82a02e8bd14e10fd823backend

FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi

image-add-a-heading

FIFA-nın İntizam Komitəsi İsrail Futbol Assosiasiyasını ayrı-seçkilik və təhqiramiz davranışa görə cərimələyib.

Doğru.az xəbər verir ki, bu barədə qurumun rəsmi portalında məlumat yayımlanıb. Qərara əsasən, Israel Football Association 150 min İsveçrə frankı məbləğində cərimə ödəməlidir.

Məlumata görə, qərar Palestine Football Association nümayəndələrinin irəli sürdüyü ayrı-seçkilik iddialarının araşdırılması nəticəsində qəbul olunub.

Qeyd edək ki, daha əvvəl Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov FIFA-nın Yaxın Şərqdəki vəziyyəti nəzərə alaraq ABŞ və İsrail yığmalarının bəzi turnirlərdə iştirakına məhdudiyyət tətbiq etməli olduğunu bildirmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki