Beynəlxalq Futbol Federasiyası (FİFA) “mavi vərəqə”nin tətbiqi ilə bağlı xəbərləri vaxtından əvvəl hesab edir.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“FIFA açıq şəkildə bildirmək istərdi ki, futbolun yüksək səviyyələrində sözdə mavi vərəqə ilə bağlı xəbərlər yanlışdır və vaxtından əvvəldir. İstənilən belə sınaq, əgər həyata keçirilərsə, daha aşağı səviyyələrdə məsul sınaqlarla məhdudlaşmalıdır.
Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) martın 2-də keçiriləcək illik ümumi yığıncağında məsələnin müzakirəsi zamanı FİFA bu mövqedən çıxış edəcək”, – deyə məlumatda bildirilir.
Mənbə: NTV Spor