image-n1karobka_ads
image-123
image-17630422785583539346_1200x630backend

Filarmoniyada “Kamera musiqisi axşamı” keçirilib – FOTO

image-ad_qayo_720x110px

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Kamera musiqisi axşamı” adlı konsert proqramı təşkil olunub.

Doğru.az xəbər verir ki, konsertdə klassik musiqi irsinin iki möhtəşəm əsəri — Lüdviq van Bethovenin 4 saylı simli kvarteti (c-moll, op.18) və Sezar Frankın D-dur simli kvarteti səsləndirilib.

Tədbirdə səhnəyə Azərbaycan Dövlət Simli Kvarteti çıxıb. 1998-ci ildə yaradılan bu kollektivin repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərləri ilə zəngindir.

Kvartetin tərkibinə aşağıdakı ifaçılar daxildir:

Nəzrin Aslanlı – I violin
Xəyalə Abdullayeva – II violin
Vaxtanq İmanov – viola
Aleksey Miltıx – violonçel

Bu musiqi axşamı dinləyicilərə klassik harmoniyanın incə zövqünü və canlı ifanın yüksək enerjisini hiss etdirdi.

DOĞRU.AZ

image-17630422785001651055_1200x630image-17630422782483631434_1200x630image-17630422782467650856_1200x630  image-17630422783809661406_1200x630 image-17630422785264317164_1200x630 image-1763042278101551704_1200x630 image-1763042278116229431_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki