image-2000x150px
image-123
image-ads_atlas
image-dsc09992backend

Fotoqraflar “Yayı çəkib, oxu atdılar” – FOTO

image-728x90px

Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyinin təşəbbüsü, Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə fotoqraflar arasında kamandan oxatma üzrə yarış keçirilib.

Doğru.az xəbər verir ki, mayın 19-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan yarışda kişi və qadınlardan ibarət 50-dən artıq fotoqraf iştirak edib.

Kişilərin yarışında Ruslan Əlizadə birinci olub. Cəlal Firidunov yarışı ikinci, Əliqulu Süleymanov isə üçüncü pillədə başa vurublar. Qadınların mübarizəsində Nərmin Qurbanova bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sevinc Aslanova və Zərrintac Vəlizadə ilk üçlükdə yer alıblar. Qaliblərə medallar, diplomlar və olimpiya komplekslərinə ailəvi istirahət paketləri təqdim olunub.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi ilə Gilavar Foto Klubu İctimai Birliyinin birgə silsilə layihələri çərçivədə baş tutub.

DOĞRU.AZ

image-002image-008image-011image-003image-004image-015image-013image-dsc00027image-dsc00004image-dsc00029image-dsc00053image-dsc00039image-dsc00065image-dsc00068image-dsc00074image-dsc00081image-dsc00090image-dsc00096image-dsc00105image-dsc00106image-dsc00114image-dsc09730image-dsc09875image-dsc09879image-dsc09672image-dsc09746

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki