image-n1karobka_ads
image-123
image-68f4f41c02e8bd143545b6e7backend

Fransa-Almaniya hərbi layihələri siyasi qeyri-sabitlik fonunda risk altındadır

image-ad_qayo_720x110px

“The Washington Post” ekspertlərə istinadən yazır ki, Parisdə siyasi qeyri-sabitlik fonunda Fransa və Almaniya arasında həyata keçirilən ən azı iki böyük hərbi təşəbbüs təhlükə altındadır.

Doğru.az xəbər verir ki, söhbət Almaniya-Fransa tankının hazırlanması üzrə Əsas Yer Döyüş Sistemi təşəbbüsü və döyüş təyyarəsinin yaradılması üzrə Gələcək Döyüş Hava Sistemi planından gedir.

Fransa prezidenti Emmanuel Makronun keçmiş maliyyə müşaviri Chahine Vallee bildirir: “Qorxuram ki, bu layihələrin hər ikisi risk altında ola bilər… Fransada belə ciddi siyasi qərarların qəbul edilməsi inam və etimad tələb edir”.

Oktyabrın 12-də Yelisey Sarayı Fransa hökumətinin yeni tərkibini elan edib. Hökumətin başçısı Sebastien Lecornu “şərtlər yerinə yetirilməsə” yenidən istefa verməyə hazır olduğunu açıqlayıb.

Ertəsi gün Marin Le Penin Milli Ralli partiyası Lecornuya etimadsızlıq səsverməsi keçirib, lakin bu qətnamə Fransa parlamenti tərəfindən rədd edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki