2023-cü ilin Avropa çempionu fransalı Adam Xiao Him Fa uşaqlıqda ən çox sevdiyi konkisürən rusiyalı olimpiya çempionu Aleksey Yaqudin olduğunu bildirib.
“Mənim ilham mənbyim Aleksey Yaqudin idi. Evgeni Plushenko? Bəli, o da. Əslində hər ikisinə baxanda çox həzz aldım, amma daha çox Yaqudin. Brayan Juber və Patrik Çanın konki sürmə tərzi də mənim xoşuma gəldi”, – fransalı bildirib.
Yaqudin tək konkisürmə üzrə 2002-ci il Olimpiya çempionu, həmçinin dəfələrlə dünya və Avropa çempionudur. O, ABŞ Fiqurlu Konkisürmə Şöhrət Zalına daxil edilib. Karyerasını bitirdikdən sonra Yaqudin Kanadanın “Stars on Ice” şousunda iştirak edib.
Xiao Him Fa üç dəfə Qran Pri seriyasını qazandı. İdmançı hazırda Beynəlxalq Konkisürmə İttifaqının (ISU) reytinqində üçüncü yeri tutur.
Mənbə: RİA Novosti