image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240606-wa0021backend

Fuad Musayev qürbətdə yaşayan həmyerlilərimiz üçün mahnılarını səsləndirib – FOTO/VİDEO

image-728x90px

“28 may Müstəqillik Günü” münasibətilə Almaniyanın Hannover şəhərində Bakı Alman Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə konsert proqramı baş tutub.

Doğru.az xəbər verir ki, musiqili gecədə silsilə konsertləri ilə hər zaman tamaşaçının zövqünü oxşayan Fuad Musayev dillər əzbəri olan mahnıları qürbətdə yaşayan həmyerlilərimiz üçün səsləndirib.

Onun ifaları və səhnə şousu Almaniyada yaşayan həmyerlilərimiz tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Gecədə müğənni Samira Rəcəbli (Jazzy) də səhnə alıb.

Səfərdən təəssüratlarını bölüşən Fuad Musayev açıqlamasında ” Vətəndən kilometrlərcə uzaqda milli musiqilərimizi orada yaşayan həmyerlilərimiz üçün səsləndirdik. Yaşadığımız qürur və sevinc hissi ilə vətənə döndük. Bu konsert həm məsuliyyət, həm böyük sevgi, həm də vətən həsrəti ilə ərsəyə gəldi. Orada yaşayan işgüzar azərbaycanlı xanımların böyük əziyyətinin nəticəsində baş tutan bu gecə üçün hər kəsə təşəkkürümü bildirirəm” sözlərini söyləyib.

Qeyd edək ki, Hannover şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibtilə keçiriləcək növbəti konsert proqramında Xalq artisti Eyyub Yaqubov və Fuad Musayev birlikdə səhnə alacaq.

Konsertən olan görüntüləri təqdim edirik:

image-img-20240606-wa0021

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki