image-ads_n1karobka_mobile
image-depositphotos_3147700_l-2015-pic905-895x505-11664backend

Futbol üzrə 20 yaşadək futbolçular arasında gənclər arasında dünya çempionu məlum olub

Futbol üzrə Uruqvay yığması Argentinada keçirilən 20 yaşadək futbolçular arasında gənclər arasında dünya çempionatının finalında İtaliya yığmasını məğlub edib.

La Platada keçirilən görüş 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu Lusiano Rodriges (86-cı dəqiqə) vurub.

Uruqvay millisi tarixdə ilk dəfə gənclər arasında dünya çempionatının qalibi olub. Bundan əvvəl Uruqvay iki dəfə 20 yaşadək futbolçular arasında dünya vitse-çempionu olub (1997, 2013), bir dəfə turnirin bürünc medalını qazanıb (1979). Bu yaşda çempionluq rekordçusu Argentina millisidir (6).

Bürünc medalı üçüncü yer uğrunda görüşdə Cənubi Koreya komandasına qalib gələn (3:1) İsrail komandası qazanıb.

Mənbə: TRT Spor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki