image-n1karobka_ads
image-123
image-depositphotos_19104047_l-2015-pic905-895x505-25817backend

Futbolçu matç zamanı ildırım vurması nəticəsində həlak olub

image-ad_qayo_720x110px

İndoneziyada 30 yaşlı Persicas Subang futbolçusu yoldaşlıq oyunu zamanı ildırım vurması nəticəsində həlak olub.

Bu barədə VoiID portalı məlumat yayıb.

Faciənin baş verdiyi oyun fevralın 10-da Bandunqdakı Silivanqi stadionunda baş tutub. Bildirilir ki, ilk ildırım heç kimə dəyməyib, ikinci ildırım oyunçuya dəyib. Elə qarşılaşma zamanı futbolçunu ildırım vurub. Bundan sonra o, yıxılaraq huşunu itirib. Futbolçular onun köməyinə gəliblər, hadisə yerinə həkimlər gəlib. Həkim briqadası idmançını xəstəxanaya çatdırıb. Orada 30 yaşlı futbolçu özünə gəlmədən dünyasını dəyişib.

Bildirilir ki, Silivangi stadionunda futbol meydançasına ildırım ilk dəfə düşmür.

Mənbə: Spor haberleri

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki