İspaniya millisi Gürcüstan və Rumıniyada keçirilən gənclər arasında Avropa çempionatı – 2023-də finala yüksəlib.
Yarımfinalda ispanlar Ukrayna millisini məğlub ediblər.
Buxarestin “Gəncə-Styaua” stadionunda keçirilən görüş 5:1 hesabı ilə başa çatıb. Qaliblər qolları Abel Ruiz (17-ci dəqiqə), Oyan Sunset (24), Antonio Blanko (54), Aimar Oros (68) və Serxio Qomes (78) vurub. Ukrayna yığmasının heyətində Artem Bondarenkonun vurduğu qol (13-cü).
1/4 finalda İspaniya İsveçrəyə (2:1), Ukrayna – Fransaya (3:1) qalib gəlib.
Avropa çempionatının finalında İspaniya 1/2 finalda İsraili məğlub edən (3:0) İngiltərə yığması ilə qarşılaşacaq.
Turnirin finalı iyulun 8-də baş tutacaq.
Mənbə: NTV Spor