image-ads_n1karobka_mobile
image-image_940x_69f30ddf453b5backend

Geri sayım başladı: Minlərlə telefon 24 saat sonra şəbəkədən ayrılacaq

Türkiyənin Bilgi Teknolojileri ve İletişim Kurumu (BTK) tərəfindən xaricdən gətirilmiş telefonlarla bağlı aparılan yoxlamalarda kritik mərhələyə daxil olunub. Türkiyədə qeydiyyatdan keçməmiş IMEI nömrəsinə malik cihazlar üçün verilən 120 günlük istifadə müddətinin bitməsinə son 24 saat qalıb. 1 may tarixindən etibarən müddəti bitən qeydiyyatsız telefonlar şəbəkədən kənarlaşdırılacaq. İstifadəçilər e-Devlet sistemi vasitəsilə IMEI sorğusu edərək cihazlarının qeydiyyat vəziyyətini yoxlaya bilərlər.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xaricdən gətirilmiş telefonlarla bağlı BTK-nın nəzarəti davam edir. Ölkəyə daxil olduqdan sonra SIM kart vasitəsilə siqnal aldığı müəyyən edilən və Türkiyədə qeydiyyata alınmayan IMEI-yə sahib cihazlar üçün nəzərdə tutulan 120 günlük qanuni istifadə müddəti başa çatır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki