image-n1karobka_ads
image-123
image-68edfc57ae5ac9083a11a3cabackend

Günəşdə güclü M2.0 məşəl qeydə alınıb

image-ad_qayo_720x110px

Tətbiqi Geofizika İnstitutu bildirir ki, oktyabrın 14-nə keçən gecə Günəşdə doqquz dəqiqə davam edən güclü M2.0 məşəl qeydə alınıb.

Doğru.az xəbər verir ki, press-relizdə qeyd olunur:

 “Oktyabrın 14-də, Moskva vaxtı ilə saat 03:41-də 4262 (N23W26) günəş ləkələri qrupunda rentgen diapazonunda doqquz dəqiqə davam edən M2.0 məşəl qeydə alınıb.”

Bir gün əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu proqnozların əksinə olaraq, Günəşdə güclü alovların yenidən başladığını bildirmişdi.

Günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçov isə bildirib ki, ulduzların təkamülü nəzəriyyəsinə görə, Günəş təxminən 5 milyard ildən sonra Yer, Venera və Merkuriyi əhatə edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki