Belçika millisinin sabiq yarımmüdafiəçisi Eden Hazard karyerasında ən yaxşı klub tərəfdaşlarının adlarını sadalayıb.
Hazard klub karyerasında “Lill”, Londonun “Çelsi” və “Real Madrid” klublarında çıxış edib.
“Mənim üçün Luka Modriç, Kərim Benzema, Frank Lempard, Kevin De Bruyne, Xuan Mata siyahının başındadır. “Real Madrid”də dünyanın ən yaxşı oyunçusu ilə oynamışam”, – belçikalı bildirib.
Qeyd edək ki, 10 oktyabr 2023-cü ildə Hazard peşəkar karyerasını bitirdiyini elan edib.
Mənbə: TRT Spor