image-2000x150px
image-123
image-ads_atlas
image-sbackend

Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları – AFİŞA

image-728x90px

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.

İngiltərə Premyer Liqasının XXXII turunda “Liverpul” “Nottinqem”i sınağa çəkəcək. Bu gün keçiriləcək matç saat 18:00-da (bütün saatlar Bakı vaxtı ilə qeyd olunur – red.) start götürəcək. Çempionlar Liqasına vəsiqə uğrunda yarışan “Nyukasl” və “Tottenhem” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş sabah keçiriləcək və 17:00-da başlayacaq.

Turun “Mançester Yunayted” – “Çelsi” və “Brayton” – “Mançester Siti” matçları Federasiya Kuboku oyunlarına görə təxirə salınıb.

Almaniya Bundesliqasında turun əsas oyunları bu gün keçiriləcək. Lider “Bavariya” saat 17:30-da “Maynts”ın qonağı olacaq, ikinci yerdə qərarlaşan “Borussiya” (Dortmund) saat 20:30-da “Ayntraxt”ı qəbul edəcək.

İspaniya La Liqasında lider “Barselona”dan geri düşən Madrid “Real”ı öz meydanında “Selta”nı sınağa çəkəcək. Bu gün təşkil olunacaq matç saat 23:00-da başlayacaq. Kataloniya klubu isə sabah meydana çıxacaq. “Barsa” turun mərkəzi oyununda digər Madrid nəhəngi “Atletiko”nu qəbul edəcək. Oyunun start fiti saat 18:05-də səslənəcək.

Fransa Liqa 1-də 2-ci pillənin sahibi “Marsel” “Lion” səfərinə yollanacaq. Qarşılaşma sabah saat 22:45-də başlayacaq.

İtaliya A Seriyasında turun əsas matçları bazar günü təşkil olunacaq. Saat 14:30-da “İnter” “Empoli”nin qonağı olacaq. Saat 20:00-da “Milan” öz meydanında “Leççe”nin müqavimətini qırmağa çalışacaq. Turun mərkəzi oyunu silinmiş 15 xalı geri qaytarılan və 3-cü pilləyə yüksələn “Yuventus”la lider “Napoli” arasında Turində olacaq. Qarşılaşma saat 22:45-də start götürəcək.

Türkiyə Super Liqasında lider “Qalatasaray” öz meydanında “Karagümrük”ü sınağa çəkəcək. Sabah keçiriləcək oyun 20:00-da başlayacaq.

Həftəsonunun ən maraqlı oyunları

22 aprel

İngiltərə Premyer Liqası

18:00. “Liverpul” – “Nottinqem”

Almaniya Bundesliqası

17:30. “Maynts” – “Bavariya”

20:30. “Borussiya” (Dortmund) – “Ayntraxt”

İspaniya La Liqası

23:00. “Real” (Madrid) – “Selta”

23 aprel

Premyer Liqa

17:00. “Nyukasl” – “Tottenhem”

Fransa Liqa 1

22:45. “Lion” – “Marsel”

İtaliya A Seriyası

14:30. “Empoli” – “İnter”

20:00. “Milan” – “Leççe”

22:45. “Yuventus” – “Napoli”

La Liqa

18:15. “Barselona” – “Atletiko”

Türkiyə Super Liqası

20:00. “Qalatasaray” – “Karagümrük”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki