image-n1karobka_ads
image-123
image-17653182091177434552_1200x630backend

Heydər Əliyev Fondu və Berdiməhəmmədov Fondu əməkdaşlıq etdi – FOTO

image-ad_qayo_720x110px

Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Doğru.az xəbər verir ki, memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Berdiməhəmmədov Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar. Sənəd uzunmüddətli əməkdaşlığın təməlini qoyur və müxtəlif sahələrdə gələcək birgə layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

Görüşdə sosial və təhsil sahələrində əməkdaşlıq, həmçinin mədəniyyət və incəsənət layihələrinin əhəmiyyəti vurğulanıb. Xüsusilə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin iqlim dəyişiklikləri mesajının dünyaya yayılması məsələsi müzakirə olunub. Hazırda sərginin Türkmənistanda nümayişi üçün əməkdaşlıq davam edir.

DOĞRU.AZ

image-1765318209125655774_1200x630 image-17653182094364610538_1200x630 image-17653182092088262266_1200x630image-1765318209236766810_1200x630image-17653182092494957425_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki