image-n1karobka_ads
image-123
image-1763991547762240880_1200x630backend

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qaradağ rayonunun Qobustan qəsəbəsində salınmış yeni parkın açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Bakı–Qazax magistral yolunun 60-cı kilometrliyində, yaşayış evlərinin qarşısında yerləşən yeni istirahət məkanının ümumi sahəsi 10 min 350 kvadratmetrdir. Qobustan qəsəbəsi sakinləri üçün sağlam və keyfiyyətli istirahət məkanı formalaşdırmaq, yaşayış mühitini daha da yaxşılaşdırmaq məqsədilə parkda geniş abadlaşdırma işləri aparılıb. Yaşıllaşdırma işləri çərçivəsində park ərazisində müxtəlif növ ağaclar, kol bitkiləri və güllər əkilib, qazon salınıb. Sakinlərin və xüsusən də uşaqların rahatlığı üçün ərazidə söhbətgahlar, uşaq oyun meydançaları quraşdırılıb, həmçinin işıq dirəkləri, oturacaqlar və zibil qabları yerləşdirilib.

Açılış tədbiri çərçivəsində xüsusi ağacəkmə aksiyası keçirilib. Leyla Əliyeva və IDEA könüllülərinin iştirakı ilə parkın müxtəlif hissələrində sərv ağacları əkilib.

Daha sonra Leyla Əliyeva parkdakı uşaqlara müxtəlif oyuncaqlar hədiyyə edib, onlarla birlikdə xatirə şəkilləri çəkdirib.

DOĞRU.AZ

image-17639915471348730686_1200x630 image-17639915476044157794_1200x630 image-17639915475026732079_1200x630 image-17639915474648465417_1200x630 image-1763991547641826494_1200x630 image-17639915471526953956_1200x630 image-17639915473926625798_1200x630 image-17639915475318962882_1200x630 image-17639915472708111453_1200x630 image-17639915471679629035_1200x630 image-1763991547426013420_1200x630 image-17639915471189933452_1200x630 image-17639915475092763232_1200x630 image-17639915474385722449_1200x630 image-17639915475971423129_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki