image-n1karobka_ads
image-123
image-17655404101706756078_1200x630backend

Heydər Əliyevin vəfatının 22-ci ildönümü anılıb – FOTO

image-ad_qayo_720x110px

Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, mədəniyyətimizin böyük himayədarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü tamam olur.

Doğru.az xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının, idarə və müəssisələrin nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Dahi şəxsiyyətin məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Ziyarət zamanı Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

DOĞRU.AZ

image-1765540410114924193_1200x630 image-17655404102265037981_1200x630 image-176554041061144952_1200x630 image-17655404102743412537_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki