Payız mövsümünün ən çox alınan məhsullarından biri “hinduşka” adlanan iri balqabaqlardır.
Doğru.az xəbər verir ki, son günlər bazarlarda bu məhsula tələbat xeyli artıb.
Satıcıların sözlərinə görə, alıcılar “hinduşka” balqabağını ən çox qışa hazırlıq üçün alır, həmçinin sıyıq, şirniyyat və müxtəlif yeməklərdə istifadə edirlər. Yerli məhsullar daha çox seçilir, qiymətlər isə bölgədən asılı olaraq dəyişir.
Mütəxəssislər bildirirlər ki, balqabaq A vitamini və liflə zəngindir, soyuq havalarda orqanizm üçün faydalı hesab olunur. Payız aylarında ölkənin müxtəlif bölgələrində “hinduşka” satışının daha da yüksələcəyi gözlənilir.
Şəhla Qardaşova
DOĞRU.AZ




























