Futboldan ayrıldığını elan edən isveçli hücumçu Zlatan İbrahimoviç sosial şəbəkədəki səhifəsində karyerasına həsr olunmuş paylaşım edib.
“Hər şey bir yuxu ilə başladı. Mən Malmödə anadan olmuşam. Amsterdamda böyüyüb. Turində daha müdrik oldu. Barselonada aslan oldu. Milanda böyüdü və Parisdə yeni perspektivlər tapdı. Mançesterdə əsəbimi yığdım və Los-Ancelesdə əyləndim. Və nəhayət, Milanda yeni evimdə rahatlıq tapdım”, – İbrahimoviç yazıb.
2023-cü ilin oktyabrında forvardın 42 yaşı tamam olacaq.
İbrahimoviç İsveçin ən məşhur futbolçusudur. İbrahimoviç “Milan”ın heyətində ötən mövsüm A Seriyasında 4 oyun keçirib.
Mənbə: TRT Spor