Londonun ICE birjasında Brent markalı neftin fyuçerslərinin qiyməti iyulun sonundan bəri ilk dəfə bir barel üçün 82 dolları ötüb.
TASS birja məlumatlarına istinadən xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 3,01% artaraq 82,06 dollar olub.
Daha sonra fyuçers qiymətləri yavaşladı və 81,92 dollara satıldı.
Ötən həftə Brent markalı neftin qiyməti yanvarın 9-dan bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb.
Mənbə TASS