image-n1karobka_ads
image-123
image-creator-gd-jpeg-v1-0-using-ijg-jpeg-v62-quality-100backend

IDEA məktəblilər üçün Eko-park İnnovasiya Mərkəzinə ekskursiya təşkil edib – FOTO

image-ad_qayo_720x110px

IDEA İctimai Birliyinin təşəbbüsü ilə müxtəlif orta məktəbləri təmsil edən 100-dən çox şagird EKOL-un Eko-park İnnovasiya Mərkəzində ekskursiyada olub.

IDEA İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şagirdlər üçün ətraf mühitin qorunmasının əhəmiyyəti və Eko-parkda təhlükəsizlik qaydalarına dair infosessiya keçirilib. Daha sonra onlar park ərazisində həm əyləncəli, həm də maarifləndirici ekskursiyada iştirak ediblər.

Ekskursiya çərçivəsində məktəblilər ətraf mühitin mühafizəsi, sənaye tullantılarının idarə olunması, bu istiqamətdə görülən işlər, rekultivasiya prosesi, abadlaşdırma və digər innovativ layihələrlə tanış olublar. Sonda isə şagirdlər dibçəklərə ting və güllər əkərək təbiətin yaşıllaşdırılmasına öz töhfələrini veriblər.

IDEA İctimai Birliyi planetimizin mühafizəsində gələcək nəsillərin, xüsusən də uşaqların rolunu nəzərə alaraq, onların bu sahədə maarifləndirilməsi, ekoloji dünyagörüşünün formalaşdırılması və yaradıcı ideyalarının reallaşdırılması məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.

DOĞRU.AZ

image-17645809724249747148_1200x630 image-17645809724414135168_1200x630 image-17645809726178958438_1200x630 image-1764580972365492699_1200x630 image-17645809724627926651_1200x630 image-17645809722652739258_1200x630 image-17645809722523020363_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki