İndoneziyanın Sidoarco şəhərində yerləşən internat məktəbinin uçması faciə ilə nəticələnib.
Doğru.az xəbər verir ki, CNA portalının məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb. Milli Axtarış və Xilasetmə Agentliyinin əməliyyatlar üzrə direktoru Yudhi Bramanthionun açıqlamasına əsasən, ümumilikdə 171 nəfər evakuasiya olunub. Onlardan 67-si həlak olub, 8 nəfər yaralanıb, 104 nəfər isə sağ qalıb.
Xilasetmə əməliyyatı doqquz gün davam edib və artıq başa çatıb. Qeyd edək ki, hadisənin əvvəlki mərhələsində 37 nəfərin öldüyü bildirilmişdi.
DOĞRU.AZ