image-n1karobka_ads
image-123
image-20060610_gaf_u39_001-pic_32ratio_900x600-900x600-46288backend

İngiltərə millisinin keçmiş baş məşqçisi: mənim bir il ömrüm qalıb

image-ad_qayo_720x110px

İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Göran Eriksson xərçəng xəstəliyinə tutulduğu üçün maksimum bir il ömrünün qaldığını deyib.

“Hamı başa düşür ki, mənim çox ciddi xəstəliyim var. Bir çox insan bunun xərçəng olduğunu təxmin edir və bu doğrudur. Mən bacardığım qədər mübarizə aparmalıyam. Ən yaxşı halda mənim bir il ömrüm var, ən pis halda bir az az”, – Eriksson bildirib.

75 yaşlı mütəxəssisin son iş yeri ölkənin üçüncü divizionunda çıxış edən İsveçin “Karlstad” klubu olub. Eriksson Karlstadda idman direktoru vəzifəsində çalışıb və səhhətindəki problemlərə görə 2023-cü ilin fevralında vəzifəsini tərk edib.

Mənbə: TRT Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki