İngiltərə milli futbol komandası xərçəng diaqnozu qoyulan millinin sabiq baş məşqçisi Sven-Göran Eriksona dəstək olub.
Bu barədə “Sovet Sport” nəşri ingilis komandasının sosial şəbəkələrinə istinadən məlumat yayıb.
“Sevgimizi göndəririk, Sven” mesajında deyilir.
75 yaşlı mütəxəssisin son iş yeri ölkənin üçüncü divizionunda çıxış edən İsveçin “Karlstad” klubu olub. Eriksson Karlstadda idman direktoru vəzifəsində çalışıb və səhhətindəki problemlərə görə 2023-cü ilin fevralında vəzifəsini tərk edib.
O, məşqçilik karyerası ərzində İsveçin “Göteborq”, Portuqaliyanın “Benfika”, İtaliyanın “Roma”, “Latsio” və “Sampdoriya”, İngiltərənin “Lester” və “Mançester Siti” klublarında çalışıb. O, həmçinin İngiltərə, Fil Dişi Sahili və Filippin milli komandalarının kapitanı olub.
Mənbə: TRT Spor