image-n1karobka_ads
image-123
image-671f62fe02e8bd3e5c402a19backend

İran İsrailin zərbələrinə cavab verməklə bağlı çətin seçim qarşısındadır

Associated Press yazır ki, İran İsrailin öz ərazisindəki zərbələrinə necə cavab verəcəyinə qərar verərkən çətin seçimlərlə üzləşir.

Nəşrdə qeyd edildiyi kimi , İranın İsrailin zərbələrinə necə cavab verməsi Yaxın Şərqdəki münaqişənin tammiqyaslı müharibəyə doğru gedəcəyini və ya “eyni dağıdıcı səviyyədə” qalacağını müəyyən edə bilər.

Agentlik Tehranın hələ də sərt cavabdan imtina edə biləcəyini düşünən analitiklərə istinad edir, çünki bu, İsrailin daha güclü reaksiyasına səbəb ola bilər.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami demişdi ki, İsrail İran ərazisinə zərbə endirməsinin “ağılasığmaz nəticələrlə” üzləşəcək.

İsrailin imkanlarının bir hissəsindən istifadə edərək İrandakı strateji sistemlərə hücum etdiyi də bildirilib.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki