İran milli təhlükəsizlik məsələlərinə toxunulduğu təqdirdə ölkənin daxili işlərinə istənilən xarici müdaxiləyə sərt reaksiya verəcəyini açıqlayıb.
Doğru.az xəbər verir ki, bu barədə İranın Ali Liderinin müşaviri Əli Şamxani X sosial şəbəkəsində paylaşım edib.
Şamxani bildirib ki, İranın təhlükəsizliyini istənilən bəhanə ilə pozmağa cəhd edən hər bir müdaxiləçi dərhal cavab alacaq. Onun sözlərinə görə, belə addım atanlar “peşman olmağa belə macal tapmayacaqlar”.
O, eyni zamanda ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi siyasətə toxunaraq, Vaşinqtonun “demokratiyanı müdafiə etmək” şüarı altında Əfqanıstan, İraq və Qəzza zolağında həyata keçirdiyi müdaxilələrin nəticələrinin Tehranda yaxşı xatırlandığını vurğulayıb.
Qeyd edək ki, İran daha əvvəl də ABŞ-ın ölkənin daxili işlərinə müdaxiləsinin bütün Yaxın Şərqdə sabitliyin pozulmasına səbəb ola biləcəyini bəyan edib. ABŞ prezidenti Donald Tramp isə bundan öncə İrandakı “dinc etirazçılara” dəstək verməyə hazır olduğunu açıqlamışdı.
DOĞRU.AZ




























