“The Times” qəzeti kəşfiyyat hesabatına istinadən xəbər verir ki, İranın Ali Lideri Əli Xameneinin ölkədə baş verən etirazları yatırmaması halında Tehranda təxliyə planı mövcuddur.
Hesabata görə, “B planı” Xamenei və onun yaxın ətrafı, o cümlədən oğlu və ehtimal olunan varisi Müctəba üçün nəzərdə tutulub. Məqalədə qeyd olunur ki, İsrail kəşfiyyatının nümayəndəsi Beni Sabti Xameneinin Moskvaya qaça biləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl İranın qərbindəki Həmədan şəhərində etirazçılar Quranı yandırmış və məscidə hücum etməyə cəhd göstərmişdilər. Rusiya Xarici İşlər Nazirliyi isə “qaynar xətt” vasitəsilə tərəfləri İran ətrafında gərginliyi artırmaqdan çəkinməyə çağırıb.
DOĞRU.AZ




























