image-n1karobka_ads
image-123
image-66fc38a3ad96b66fc38a3ad96c172780560366fc38a3ad96866fc38a3ad969backend

İranın İsrailə raket hücumu nəticəsində fələstinli ölüb

image-ad_qayo_720x110px

İranın İsrailə endirdiyi zərbə nəticəsində İordan çayının qərb sahilinin Yerixo şəhərində bir fələstinli raket parçaları ilə həlak olub.

Bu barədə “The Times of Israel” rəsmilərə istinadən məlumat yayıb.

Nəşr Yerixo şəhərinin başçısı Hüseyn Hamayelin sözlərini sitat gətirir: “Yerixoda fələstinli fəhlə raket qalıqları onun üzərinə düşməsi nəticəsində öldü”.

Qeyd olunur ki, İranın İsrailə irimiqyaslı raket hücumu nəticəsində həlak olan yeganə şəxsdir.

Oktyabrın 1-i axşam saatlarında İran HƏMAS və Hizbullah liderlərinin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun rəis müavininin öldürülməsinə cavab olaraq İsrailə raket hücumu həyata keçirib.

Mənbə The Times of Israel

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki