image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-04-01t134925-414backend

İranla sərhəddə əməliyyat: Üç nəfər saxlanıldı – FOTO

image-728x90px

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, aprel ayının 1-də saat 02:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri birgə tədbirlər nəticəsində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında 13 kiloqram 525 qram narkotik vasitənin və 1 500 ədəd “Metadon M-40” psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Ərazidə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üç nəfər Yardımlı rayonunun Avaş kənd sakini şübhəli şəxs qismində saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki