image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240113-wa0018backend

İş adamından ölkə başçısının çağrışına dəstək

image-728x90px

Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl yerli telekanallara verdiyi müsahibədə özəl sektora çağırış etdi.

Bu fikirləri “Doğru.az“-a iş adamı “Sipark” İnşaat şirkətinin rəhbəri Seymur İsayev deyib.

Uzun illərdir tikinti sahəsində fəaliyyət göstərdiyimiz üçün bu çağırış xüsusilə diqqətimi çəkdi. Bu gün işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi sahələrin bərpasına yerli və xarici biznes nümayəndələrinin investisiya qoymaları üçün əlverişli mühitin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Bu məqsədlə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” da mövcuddur.

Düşünürəm işğaldan azad olunmuş ərazilərə qoyulan investisiyanın heç bir riski yoxdur. Rəhbərlik etdiyim “Sipark” İnşaat tikinti şirkəti 20 ilə yaxındır ki, bu sahədə böyük işlər görüb. Bakıda və bölgələrdə, o cümlədən Xaçmaz, Şəmkir rayonlarında tikinti layihələri həyata keçirib. İndi isə fəaliyyətimizi daha da genişləndirmək, və prezidentin çağırışına dəstək vermək məqsədilə işğaldan azad edilən torpaqlarımızda xidmət etməyi qərara aldıq.

Erməni vandallarının xarabazara çevirdikləri yurdumuzun bərpasında qatqımızın olmasını çox istəyirik. Cənab Prezidentin çağırışı və tövsiyyələri, bir növ artıq addım atmağımıza rəvac verdi.

Qarabağda, Şərqi Zəngəzurda, genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə aparılır. İşğaldan azad edilən ərazilər möhtəşəm tikinti meydanı kimi diqqət çəkir. Prezident bu məsələyə xüsusilə toxunaraq bildirib ki, vaxt gələcək Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Odur ki, gələcəkdə cənnətə çevriləcək ərazilərimizdə tikinti sahəsində bizim də izimizin olmasını istəyirik.

Ümumiyyətlə düşməndən təmizlənən torpaqlarda infrastrukturun yaradılması, magistralların yenidən qurulması və yeni yolların çəkilməsi göz önündədir. Qısa müddətdə ağıllı kəndlərin, qəsəbələrin salınması, şəhərlərin bütün baş planlarının təsdiqlənməsi ölkə başçısının bu işlərdə nə qədər əzmkar olduğunu bir daha sübüt edir. Bu gün hər kəs Qarabağın yenilənməsi və bərpası üçün çalışmalıdır.

Bir iş adamı kimi deyə bilərəm ki, Azərbaycanda biznes dairələri üçün çox gözəl şərait yaradılıb. Bu cür şəraitin yaradılması və dövlətin iş adamnlarına göstərdiyi diqqətə görə sosial məsuliyyətinə də qoşulmağı özümüzə borc bilməliyik. Ali baş komandanın çağırışına hər kəs öz sahəsində səfərbər olmalıdır.

Sipark İnşaatın fəaliyyəti daha çox tikinti və turizm sahəsini əhatə etdiyinə görə məhz bu sahələrin yenidən canlandırılması üçün yeni layihələr hazırlamağı proqramımıza daxil etmişik. Daha dəqiq 2024-2025 -ci illərdə nəzərdə tutduğumuz proyektlər sırasında işğaldan azad olunmuş rayon və şəhərlərimizdə zövqlü memarlıq nümunələri və turizmin inkişafına dəstək verən layihələr həyata keçirməyi düşünürük.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki