image-n1karobka_ads
image-123
image-17500654782076030527_1200x630backend

İsmayıllıda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanıldı – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov saxlanılıb.

Bu barədə Doğru.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, Kamandar İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DOĞRU.AZ

image-17500654782791356621_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki