image-n1karobka_ads
image-123
image-b3bbccd6170815669953136741410826721backend

İsrail artilleriyası Livandakı istilik elektrik stansiyasını sıradan çıxarıb

Livanın cənubundakı istilik elektrik stansiyası İsrailin artilleriya atəşi nəticəsində sıradan çıxıb.

TASS bu barədə Électricité du Liban dövlət elektrik şirkətinə istinadən xəbər verir.

“Mərcayundakı istilik elektrik stansiyası fəaliyyətini dayandırıb. Mərmilərin enerji obyektinə vurması ciddi ziyanla nəticələnib”, – deyə şirkətin açıqlamasında bildirilir.

Qeyd olunur ki, bundan sonra Livanın cənub bölgələrində içməli suyun verilməsinə cavabdeh olan su nasos stansiyaları dayanıb.

Bundan əvvəl İsrailin endirdiyi zərbə Hizbullah lideri Həsən Nəsrullahın keçmiş şəxsi mühafizəçisini öldürüb.

Mənbə TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki