İsrail Müdafiə Qüvvələri bir gündə Livanın cənubunda şiə Hizbullah hərəkatının 70-ə yaxın döyüşçünü məhv edib.
Bu barədə məlumat IDF Telegram kanalında yer alıb.
“Aviasiya və kəşfiyyatın dəstəklədiyi əməliyyatlar zamanı qoşunlar yeraltı… infrastruktur və silah anbarları, o cümlədən raketlər, tank əleyhinə raket sistemləri, minaatanlar, döyüş sursatı və digər hərbi texnika aşkar edərək məhv ediblər”, – İsrail ordusu əlavə edib.
Daha əvvəl WAFA İsrail tanklarının Qəzzanın şimalındakı məktəbi atəşə tutması nəticəsində 7 nəfərin öldüyünü yazmışdı.
Beyrutda həmçinin Hizbullahın başçısı olaraq İDF-nin zərbəsi nəticəsində öldürülən Həsən Nəsrullahı əvəz etdiyi güman edilən Haşim Safi əd-Dinin cəsədi tapılıb.
DOĞRU.AZ