Birləşmiş Ştatlar “davam edən hərbi səyləri dəstəkləmək” üçün İsrailə 8,7 milyard dollarlıq yardım paketi verəcək.
Bu barədə İsrail Müdafiə Nazirliyinin mətni TASS-a istinadən xəbər verir.
“İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir Vaşinqtonda İsrailin davam edən hərbi səylərini dəstəkləmək üçün ABŞ-ın 8,7 milyard dollar dəyərində əhəmiyyətli yardım paketi ilə bağlı danışıqları yekunlaşdırıb”, – deyə nəşr qeyd edib.
Bundan əvvəl Amerikanın ABC telekanalı ABŞ prezidenti Co Baydenin “sonsuz iki müharibə” şəklində mübahisəli bir miras qoyacağını bildirmişdi.
Mənbə TASS