image-ads_n1karobka_mobile
image-66ed729bae5ac938303890bcbackend

İsrail ordusu Beyrutu vurduğunu bildirib

İsrail ordusu Livanın paytaxtına hücum elan edib.

Doğru.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin Teleqramında deyilir.

“İlkin məlumatda İD-nin Beyruta məqsədyönlü zərbə endirdiyi bildirilir”, – bəyanatda deyilir.

İsrail ordusu da zərbənin təfərrüatlarını daha sonra təqdim edəcəyinə söz verib.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant münaqişənin yeni mərhələsinin başlandığını elan edib. O qeyd edib ki, İsrail hərbi səylərinin diqqətini şimala Livana yönəldir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki