Fələstinin HƏMAS hərəkatı İsrailin Rəfah keçidini açmaqdan imtina etməsini atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.
Doğru.az xəbər verir ki, HƏMAS-ın bəyanatında qeyd olunub:
“İsrailin baş naziri Benyamin Netanyahunun qərarı atəşkəs razılaşmasının kobud şəkildə pozulması və öhdəliklərin yerinə yetirilməməsidir.”
Qeyd edək ki, bundan əvvəl ABŞ Qəzza razılaşması tərəflərini HƏMAS-ın anklavda atəşkəsi pozması barədə xəbərdar etmişdi.
DOĞRU.AZ