image-ads_n1karobka_mobile
image-66eda91702e8bd07a9010b9cbackend

İsrailin Beyrut ətrafına hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

İsrail hava qüvvələrinin Beyrutun cənub ətraflarında yaşayış binasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

“Cənub ətrafına düşmən zərbələri nəticəsində həlak olanların sayı 12-yə, yaralıların sayı isə 66-ya çatıb”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Livanın Səhiyyə Nazirliyi İsrailin Beyruta endirdiyi hava zərbəsi nəticəsində 8 nəfərin öldüyünü bildirmişdi.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki