image-2000x150px
image-123
image-ads_atlas
image-bez-imeni-1-pic_32ratio_900x600-900x600-50152backend

İsrailin Vaşinqtondakı səfirliyi qarşısında kişi etirazçı söndürülüb

image-728x90px

ABŞ-da İsrailin Vaşinqtondakı səfirliyi qarşısında hərbi geyimli bir şəxs od tutub yanıb.

Bu barədə Washington Post məlumat yayıb.

Qəzetin yazdığına görə, həmin şəxs Fələstin tərəfdarı şüarlar səsləndirib. Hərbçi Fələstinə azadlıq tələb etdiyi hərəkətlərini internetdə də yayımlayıb.

Nəticədə kişi söndürülərək ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstə ABŞ Hərbi Hava Qüvvələrinin fəal üzvü olduğunu bildirdi. Lakin Hərbi Hava Qüvvələrinin sözçüsü Enn Stefanek bu açıqlamanı təsdiq edə bilməyib və ABŞ Məxfi Xidmətinin nümayəndəsi jurnalistlərə bildirib ki, səlahiyyətlilər psixi problemləri ola biləcək şəxs barədə məlumat alıblar.

Bundan əvvəl Afinanın mərkəzində Fələstinə dəstək məqsədilə keçirilən kiçik mitinq etirazçılarla polis arasında toqquşmaya çevrilib. Etirazçılar “İsrail işğala son qoyana qədər ona qarşı sanksiyalar tətbiq edin və blokadaya salın” yazılmış pankart asıb və daha sonra McDonald’s restoranının şüşə qapılarını sındırmağa başlayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki