image-n1karobka_ads
image-123
image-snimok_ekrana_2021-10-19_v_11-44-pic_32ratio_1200x800-1200x800-282backend

İtaliya klubları Rusiyadan oyunçu ala bilərlər

image-ad_qayo_720x110px

“Latsio”nun keçmiş idman direktoru İqli Tare, İtaliya klublarının rusiyalı futbolçularla müqavilə bağlamasının qadağan olunduğu məlumatlardan xəbərsiz olduğunu söylədi.

Onun sözlərini Euro-Futbol.Ru sitat gətirir.

“İtaliyada rus oyunçuların transferini qadağan etdilər? Mən bu barədə ilk dəfədir eşidirəm” dedi Tare.

Qadağanı agent Aleksey Safonov rusiyalı “Dinamo Moskva”nın futbolçusu Konstantin Tyukavinin Bolonyaya transferinin 2023-cü ilin yayında niyə baş tutmadığını izah edərkən açıqlayıb. Eyni zamanda, 2020-ci ildən “Atalanta”da çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Mirançuk İtaliyada çıxışını davam etdirir.

Mənbə: Sports.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki