Əvvəllər Rusiyanın LUKOIL şirkətinə məxsus İtaliyada ISAB neft emalı zavodu böhran içindədir.
Bu barədə Financial Times məlumat yayıb.
Qeyd olunur ki, 2023-cü ildə LUKOIL NEZ-i İtaliya hökumətinin razılığı ilə Kiprin “GOI Energy” qrupuna satıb və yeni sahibi on il müddətində neft emalı zavodunu dövriyyə kapitalı və xammalla təmin etmək, eləcə də məhsullarını bazara çıxarmaq öhdəliyi götürən xammal treyderi Trafigura ilə razılığa gəlib.
FT mənbələri bildiriblər ki, müqavilə tərəfləri arasında münasibətlər “pul və şərtlərə görə” pisləşib.
Daha əvvəl Health & Nutrition (H&N, keçmiş Danone Rusiya) direktorlar şurasının sədri Ruslan Əlisultanov bəyan etmişdi ki, Fransanın Danone şirkəti biznes üzərində nəzarəti itirdiyinə görə Rusiya bazarına qayıda bilməyəcək.
DOĞRU.AZ