image-n1karobka_ads
image-fb_img_1771508728931backend

İtkin şəhidimiz dəfn olundu – FOTO

Birinci Qarabağ Müharibəsində itkin düşmüş və 2026-cı ildə şəxsiyyəti müəyyən edilmiş Lerik rayonunun Mastail kənd sakini Dənziyev Nail Fahil oğlunun nəşi doğulduğu kənddə torpağa tapşırılıb.

Doğru.az xəbər verir ki, şəhidlə vida mərasimində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və yerli idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhid yaylım atəşinin açılması ilə torpağa tapşırılıb. Daha sonra Azərbaycan bayrağı rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhidin anasına təhvil verilib.

Qeyd edək ki, Dənziyev Nail Fahil oğlu 1974-cü ildə Lerik rayonunun Mastail kəndində anadan olub. O, 1992-ci ildə hərbi xidmətə yollanmış, Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonunun Sırxavand kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin sentyabr ayında döyüşlər zamanı itkin düşmüş və uzun illər taleyi barədə məlumat olmamışdır.

DOĞRU.AZ 

image-fb_img_1771508736125 image-fb_img_1771508745471 image-fb_img_1771508742826 image-fb_img_1771508751247


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki