image-n1karobka_ads
image-123
image-693f914902e8bd1b3a51da92backend

Kamala Harris 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Ağ Ev uğrunda növbəti dəfə mübarizəyə qoşulmağa hazırlaşır.

Doğru.az xəbər verir ki, “Axios” nəşrinin yazdığına görə, Harris bu həftə 2028-ci il prezident seçkilərində potensial namizəd kimi mövqelərini qorumaq və gücləndirmək üçün çalışdığını açıq şəkildə bəyan edib.

Məqalədə qeyd olunur ki, Kamala Harris 2028-ci il Demokratlar Partiyasının ilkin seçkiləri ərəfəsində aparılan rəy sorğularının əksəriyyətində hələ də lider mövqedədir. Xüsusilə qaradərili seçicilər arasında onun güclü dəstəyə malik olduğu vurğulanır.

Bununla belə, nəşr xatırladır ki, prezident seçkilərinə iki il və daha çox vaxt qalmış aparılan milli rəy sorğuları daha çox partiyadaxili müzakirələr üçün əhəmiyyət daşıyır və yekun nəticələri əks etdirmir.

Qeyd edək ki, Kamala Harris daha əvvəl 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürə biləcəyini istisna etməmişdi.

Bu arada, hazırkı ABŞ prezidenti Donald Tramp isə yeni bir prezidentlik müddəti barədə düşünmədiyini açıqlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki