Kanada öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır.
CTV telekanalı xəbər verir ki, bunu Kanada Müdafiə Nazirliyinin nümayəndəsi Diana Ebadi deyib.
Onun sözlərinə görə, Ottava Kiyevə hərtərəfli hərbi yardım göstərməyə davam edəcək, lakin Kanada NATO üzvü olan ölkə kimi Ukraynada hərbi personal yerləşdirmək niyyətində deyil.
Mənbə: Gazeta.ru