Ölkənin birinci bankı “Kapital Bank” yeni depozit yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Depozit lotereyası”na start verir.
Şərtlərə əsasən oktyabrın 31-dək minimum 500 manat olmaqla istənilən məbləği banka əmanət edən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər. Lotereya çərçivəsində faizləri müddətin sonunda götürmək şərti ilə 6, 12 və ya 18 ayadək depozit yerləşdirən müştərilər lotereyada qalib olma şansı əldə edəcəklər.
2 tirajdan ibarət olan lotereyada iştirakçıları müxtəlif hədiyyələr gözləyir. 4 oktyabr keçiriləcək ilk tirajda 40, 7 noyabr tarixində ikinci tirajda isə 60 qalibə maksimum 2000 manat olmaqla ikiqat faiz ödənişi təqdim olunacaq. Bu isə illik 18 faizədək gəlir deməkdir. Bir şanslı müştəri isə 2-ci tirajda 50 min manata sahib olacaq.
Qeyd edək ki, filiallarda yerləşdirilən hər əlavə 1000 manat depozit 10 şans, “Birbank” mobil tətbiqi üzərindən yerləşdirilən depozitlər isə hər əlavə 1000 manat üçün 20 şans yaradır.
Kampaniyaya qoşulmaq və ətraflı məlumat üçün: https://kbl.az/dlpr
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.
DOĞRU.AZ