image-n1karobka_ads
image-123
image-1728661318575934202_1200x630backend

“Kapital Bank”ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarılıb

image-ad_qayo_720x110px

Xəbər verdiyimiz kimi, “Kapital Bank”ın 50 milyon dolları həcmində olan istiqraz emissiyasının birinci tranşı investorlar tərəfindən yüksək maraqla qarşılanıb.

Belə ki, 30 milyon dollar həcmində emissiya olunan istiqrazlara investorlar tərəfindən 35 milyon 211 min 100 dollar həcmində sifariş yerləşdirilib. Qeyd olunan istiqrazların 20 milyon dollar həcmində olan ikinci tranşının abunə yazılışı 29 sentyabr tarixində başlanılıb. “Kapital Bank”ın dollar istiqrazlarını əldə edən hər kəs gəlirini nə az, nə çox 7 faiz artıra bilər. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır.

Qeyd edək ki, istiqrazlar üzrə faiz ödənişləri vergidən azaddır. Eyni zamanda, istiqrazların abunə yazılışı ilə bağlı bütün komissiyalar bank tərəfindən ödənilir. Müştərilər dollar istiqrazlarını 29 oktyabradək ən yaxın “Kapital Bank” filialından əldə edə bilərlər.

Ətraflı məlumat üçün: https://kbl.az/diit

Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7 faiz, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki