image-n1karobka_ads
image-123
image-1735473317140343338_1200x630backend

“Kapital Bank”ın istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi keçiriləcək

image-ad_qayo_720x110px

Dekabrın 29-da Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

BFB-dən Doğru.az-a bildirilib ki, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazın sayı 250 min ədəd, ilkin ticarət qiyməti 100 dollar, buraxılış həcmi 25 milyon dollar, illik gəlirlilik faizi 7 faiz, tədavül müddəti 7 ildir. “PAŞA Kapital İ.Ş” QSC anderrayter qismində çıxış edir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı yanvarın 8-dən 22-dək 15 təqvim günü ərzində tamamlanacaqdır.

İstiqrazlar üzrə yerləşdirmə yanvarın 24-də keçiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki