image-ads_n1karobka_mobile
image-turizm3_nbackend

Kareliyada turist vergisi tətbiq olunacaq

image-add-a-heading

Kareliyanın rəhbəri Artur Parfençikov bildirib ki, hakimiyyət bölgədə turist vergisi tətbiq etməyi planlaşdırır.

Parfençikovun sözlərinə görə, Kareliya hakimiyyəti 2030-cu ilə qədər regionun ekoloji inkişafı proqramını təsdiqləyib.

“Biz Kareliyada turist vergisi tətbiq edəcəyik. Bu , bizə yerli büdcələrə əlavə gəlirlər gətirməyə və onun bir hissəsini ekoloji problemlərin həllinə yönəltməyə imkan verəcək” .

Parfençikov qeyd edib ki, vergi Sortavala rayonunda pilot rejimdə görünəcək.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin yerli hakimiyyət orqanlarına 2025-ci ildən turist vergisi tətbiq etməyə icazə verən qanun imzalayıb.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, bu yenilik məzuniyyətlərin qiymətində ciddi artıma səbəb olmayacaq.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki