ABŞ ordusunun keçmiş zabiti Scott Bennett RT-yə bildirib ki, İran İsrail banklarına, biznes sektoruna və hərbi hədəflərə kütləvi hücumlar təşkil edə bilər.
Onun sözlərinə görə, bu, yaxın 24-72 saat ərzində baş verəcək.
“İran İraq, Suriya, Yəmən və Türkiyədə Hizbullah və ola bilsin ki, üsyançılarla koordinasiya aparacaq və İsrailə indiyədək heç vaxt vurulmadığı kimi zərbələr endirəcək”, – deyə keçmiş zabit bildirib.
Bundan əvvəl İsrail Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra istənilən zərbəyə cavab verməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda, Walla İsrailin Qüds bölgəsində rəhbərlik üçün bunkeri əməliyyat üçün hazırladığını bildirib.
Mənbə RİA Novosti