image-n1karobka_ads
image-123
image-17189503381568111184_1200x630backend

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşəcək

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli iyunun 28-də saat 10:00-da Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-53) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki