image-ads_n1karobka_mobile
image-fotojet-2023-07-01t145119-057backend

“Kəpəz”in Türkiyə toplanışı ləğv olundu

Yeni mövsüm öncəsi “Kəpəz”də yenə maliyyə problemi yaşanır. 

Bizim.Media xəbər verir ki, məhz bu səbəbdən komandanın hazırlıq planında məcburi dəyişiklik edilib.

İlkin olaraq Gəncə təmsilçisinin təlim-məşq toplanışı üçün Türkiyənin Ərzurum şəhərinə getməsi planlaşdırılımışdı. Ancaq məhz maliyyə çətinliyi ucbatından hazırlıq ölkə daxilində keçiriləcək. Konkret olaraq, Azər Məmmədovun yetirmələri iyulun 3-dən Bakıda məskunlaşacaqlar.

Komanda burada iyulun 7-də “Səbail”, 13-də isə “Zirə” ilə yoxlama oyunu keçirəcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki